Maide.az

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.   Maide.Az bildirir ki, QSC-dən Trend-ə verilən məlumata görə, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.   “Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də.