Maide.az

AZAL iyunun 1-nə qədərki dövr üçün bilet satışını dayandırıb

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə əlaqədar milli aviadaşıyıcı - AZAL şirkəti iyunun 1-nə qədərki dövr üçün reyslərinə satışları dayandırıb. Bu barədə Bakı aeroportunun direktor müavini Kənan Hacıyev AzTV-yə müsahibəsində bildirib.    Azərbaycan vətəndaşlarının xaricdən təxliyyəsi üzrə çarter reyslərinə gəlincə, onların aprelin 20-dən sonra bərpa ediləcəyi gözlənilir.    Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq qeyd edilən tarixlərə düzəliş edilə bilər.