Maide.az

AZAL Bakı-Naxçıvan reysində yanğın barədə şayiələri təkzib edib

AZAl QSC bu gün Bakı-Naxçıvan aviareysində yanğın və zərərçəkənlərim olması barədə şayiələri təkzib edib.   Şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Turan-a bildirib ki, fevralın 14-də Bakı-Naxçıvan gündüz reysində tüstülənmə barədə şübhələr olub.   P.Kəsəmənskinin sözlərinə görə, sərnişinlər digər borta köçürülüb və təyinatı üzrə yola salınıb. Təyyarəyə baxış zamanı tüstülənmə aşkarlanmayıb.