Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.