Maide.az

Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minib

Bu gündən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minib.   Madie.Az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Puteşestvuyu bez COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.   Məlumata görə, “Puteşestvuyu bez COVID-19” tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:   - “iPhone” üçün: https://apps.apple.com/app/id1541206996   - “Android” smartfonları üçün:   https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US   - “Huawei” smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239   Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:   - Rusiya Federasiyasının vətəndaşları üçün;   - Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.   - smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.