Azərbaycan İranın Xəzəryanı ölkələrlə ticarətində 2-ci yeri tutub - Gömrük Administrasiyası
İranın Xəzəryanı ölkələrlə ticarətində Azərbaycan 2-ci yeri tutub. Bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, 4 ay ərzində (21 mart - 22 iyul) İranın Xəzəryanı ölkələrlə ticarəti təxminən 948 milyon dollar dəyərində 2,18 milyon ton təşkil edib. Bu müddətdə İranın Azərbaycanla ticarət dövriyyəsi isə 140 milyon dollar dəyərində 266 min ton məhsul olub: "İran Azərbaycandan 10 milyon dollar dəyərində 8 min ton məhsul idxal edib. Azərbaycana isə təxminən 130 milyon dollar dəyərində 258 min ton məhsul satıb.