Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti bahalaşıb
“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb. Maide.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib. Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.