Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib
Füzulinin 6, Xocalının 4, Xocavəndin 5, Cəbrayılın 3, Qubadlının 3 və Zəngilanın 2 kəndi işğaldan azad edilib Maide.Az xəbər verir ki, Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib.