Maide.az

Azərbaycanda 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb

Azərbaycanda 420 məktəb öz fəalyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb.   Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.   O bildirib: "Biz əminik ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq".   Nazir qeyd edib ki, düşmən zərbələri nəticəsində 9 məktəb zədə alıb, 2 şagird dünyasını dəyişib, 1 müəllim yaralanıb.