Maide.az

Azərbaycanda zəlzələ baş verib

Yerli vaxtla saat 03:01-də Qobustan stansiyasindan 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.   Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.   Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 18 kilometr dərinlikdə olub.   Zəlzələ hiss olunmayıb.