Maide.az

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

 İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.   102 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyəti (AXC, 1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb.   1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ordu bayramı oktyabrın 9-da (gələcək milli ordunun ilk batalyonunun yaradıldığı gün) qeyd olunurdu. 1998-ci ilə qədər belə olub. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.