Maide.az

Azərbaycan uşaq hüquqlarına görə neçəncidir

Uşaq Hüquqları Fondu və Erasmus Rotterdam Universiteti Uşaq Hüquqları İndeksini açıqlayıblar. İndeks BMT-nin Uşaq Hüquqları Konvensiyasını imzalamış bütün üzv ölkələri, 182 ölkəni əhatələyir.   İslandiya uşaq hüquqlarının ən yaxşı təmin olduğu ölkədir, birinci yeri tutub. Ondan sonra İsveçrə və Finlandiya gəlir.   Ölkələrin balı 5 sahə üzrə hesablanır və bu sıraya təhsil, mühafizə və uşaq hüquqları üçün şərait yaratmaq daxildir.   2020-ci ili indeksinin dibində Çad, Əfqanıstan və Sierra Leone yer alıb.   Azərbaycan 182 ölkə içində 60-cıdır. Qonşulardan Gürcüstan 39, Ermənistan 114, Rusiya 87, İran 101-ci yeri tutub. /azadliq.org