Azərbaycanın İranla sərhədi bağlama müddəti uzadıldı
Azərbaycan ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti dəfə uzadılıb. Maide.Az “Qafqazinfo” a istinadla xəbər verir ki, sərhədlərin bağlanması aprelin 20-dək uzadılır. Qərar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq qəbul edilib.