Maide.az

Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanın cənub zonasında yenə zəlzələ olub.   Maide.Az xəbər verir ki, yeraltı təkanlar bu dəfə Lənkəran rayonu ərazisində qeydə alınıb.   Yeraltı təkanlar, təxminən 3-3,5 bal gücündə qeydə alınıb. Zəlzələ hiss edilib.   İlkin məlumata görə, dağıntı və ya tələfat yoxdur.    Qeyd edək ki bu gün yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda da zəlzələ qeydə alınmışdı   Yeraltı təkanlar 3,9 maqnitudada qeydə alınmışdı.