Maide.az

Azərbaycan, Rusiya və İran prezidentləri tezliklə görüşə bilər

Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.   Bunu “RİA Novosti”yə müsahibəsində İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.   O bildirib ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.   “Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, - deyə səfir K.Cəlali əlavə edib.   Xatırladaq ki, Rusiya, Azərbaycan və İran dövlət başçılarının Soçi görüşü avqustun 14-nə planlaşdırılmışdı.   Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, zirvə görüşü texniki səbəblərdən təxirə salınıb.