Maide.az

Azərbaycanın ödəniş şirkətlərindən biri müflis durumda

Azərbaycanın tanınmış ödəniş şirkətlərində biri olan “Easypay” MMC-nin müflis olduğu bildirilir.     Məlumata görə, şirkət müflis olduğunu elan edib və bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.   "Easypay" MMC-nin müflis elan olunmasına dair ərizəsi üzrə işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.   “Easypay” MMC-nin Bakıda 100-ə yaxın ödəniş terminalı var. Burada mobil və stasionar telefon, sığorta, kommunal xidmətlərin haqları, kabel TV və internet, Dövlət İmtahan Mərkəzi və sair ödənişləri etmək mümkün idi. /marja.az