Azərbaycanda Əfqanıstanın 11 şirkəti fəaliyyət göstərir
Bu gün Bakıda Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclası keçirilir. İclası giriş sözü ilə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb. O bildirib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir. Əfqan iş adamları indiyə qədər Azərbaycan iqtisadiyyatına 1,5 milyon ABŞ dolları məbləğində investisiya qoyublar. “İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 37%, bu ilin yanvar-may aylarında isə 15% artıb. Bu günə qədər tərəflər 15 sənəd imzalayıblar”, - nazir müavini əlavə edib.