Maide.az

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirilməsi başa çatıb.    “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.   Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.   M.Pənahov bildirib ki, seçicilərin 50,83 %-ni (2 649 641) qadınlar, 49,17 %-ni (2 563 261) isə kişilər təşkil edir.   MSK sədri qeyd edib ki, ötən illə müqayisədə bu il seçicilərin sayı 21 minə yaxın artıb: “Bu il də ən yaşlı seçici Bərdə rayonunda qeydiyyatdadır. O, 1894-cü il təvəllüdlü 125 yaşlı Səmərqə Allahverdiyeva Gülməmməd qızıdır”.   Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.