Maide.az

Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub

Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.   Məlumata görə, doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.   Qeyd edək ki, körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulmuşdur.