Maide.az

Azərbaycanda 450 uşağın avaralıq və dilənçiliklə məşğul olduğu müəyyən edilib

Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, 2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.    Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.   Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.