Maide.az

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB2 - RƏSMİ

06-02-2019 00:25   Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.   Maide.Az “Report”a istinadla xəbər verir ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.   Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.      *** 23:36  Axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.   “Report” xəbər verir ki, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.   Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub. Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur. *** 20:25 Bu gün, fevralın 5-i günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub. Bu barədə AMEA Seysmoloji Xidmət Mərkəzinin bu gün yaydığı məlumatda deyilir. Mərkəzin məlumatına görə, yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Mərkəz bildirir ki, zəlzələ 19 kilometr dərinlikdə baş verib, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub. Mərkəz bildirir ki, zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.