Üç azərbaycanlı fəhlə tikintidən yıxılaraq ölüb
Rusiyanın Dərbənd şəhərində üç azərbaycanlı fəhlə tikintidə hündürlükdən yıxılaraq ölüb. Maide.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, inşaatı davam edən binadan yıxılan işçilər elə hadisə yerində keçiniblər. Faktı Dağıstan DİN-i də təsdiqləyib. Hazırda hadisənin baş vermə şəraitini müəyyən etmək üçün ərazidə operativ-istintaq qrupu çalışır.