Maide.az

Azərbaycanlı dənizçilər batmış teploxoddan xilas ediliblər

Qara dəniz sularında Panama bayrağı altında üzən və metal daşıyan teploxod batıb.   Maide.Az "Faktxeber.com" a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat verib.    Gəmi Azov limanından yola çıxıb.   Teploxodda olan 6 Azərbaycan vətəndaşı xilas edilib.    Qurumdan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.