Maide.az

Azərbaycan ordusu 18 yaşlı əsgərini itirdi

Azərbaycan ordusunun 18 yaşlı əsgəri Kənan Həsrət oğlu Dadaşov həlak olub. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində həyatını itirib.   12 Aprel 2000-ci il təvəllüdlü Kənan Dadaşov Astara rayonunun Pəlikeş kənd sakinidir.   Astara Rayon İcra Hakimiyyətindən xəbəri Meydan TV-yə təsdiqləsələr də, əsgərin hansı səbəbdən vəfat etdiyini bilmədiklərini deyiblər.   Pəlikeş kənd İcra nümayəndəsi Balakişi Rəhmanov da xəbəri təsdiqləyib:   “Eşitdiyimizə görə, düşmən gülləsinə tuş gəlib, şəhid olub. Hələ cənazəsi kəndə gətirilməyib, gözləyirik”.   Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb. Qurumdan məsələyə münasibət bildirilməyib.(meydantv)