Maide.az

Azərbaycan hərbçisi yaralanıb

Dünən, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu Samit İsrafilov yaralanıb.   Bu barədə bu gün, avqustun 13-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.   «Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür», - məlumatda vurğulanır.