Maide.az

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü bu gün Brüsseldə keçiriləcək.   Maide.Az bildirir ki,  iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.   Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.   Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.