Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib. Maide.Az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin saytının məlumatına görə, yerli vaxtla saat 04:54- də Mingəçevirdən 24 km cənubda Yevlax ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 31 km olub. Zəlzələ hiss olunmayıb.