Maide.az

Azərbaycanda ağır qəza: 4 qadın xəstəxanalıq oldu

Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Maide.Az "Lent.az"a istinadən xəbər verir ki,  Hacıqabul-Bəhramtəpə yolunun 43-cü kilometrliyində "Mercedes" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 4 qadın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırmalara başlanılıb.