Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub
Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər. Maide.Az APA-a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib. “Saat 21.50-də (Bakı vaxtı ilə 22.50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub”, - deyə qurumdan bildirilib. Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub. Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.