Maide.az

Azərbaycanda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.   Maide.Az bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.   Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu  xilas etmək mümkün olmayıb.