Maide.az

Azərbaycanda uşaqların sayı açıqlandı

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar xüsusi diqqət, qayğı və müdafiəyə ehtiyacı olan təbəqədir.   Maide.info Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, 2017-ci ilin göstəricilərinə görə, ölkədə uşaq əhalisinin sayı 2 milyon 600 minə yaxındır. 2017-ci il ərzində ümumilikdə 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib.   Ölkədə fəaliyyətdə olan 4 min 111 tibb müəssisəsindən 2 min 369-u uşaq əhalisinə xidmət edir.