Maide.az

Azərbaycanda 620 min əlil var

Azərbaycanda əlilliyin statistikası açıqlanıb.   Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu gün, mayın 23-də Milli Məclisdə keçirilən dəyirmi masada parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min əlil var.   O vurğulayıb ki, bunun 270 mini uşaqlardır. Deputat uşaqlar arasında əlilliyin yaranmasında ailə institutunda olan problemləri səbəb göstərib.   2018-ci il aprel ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 9 milyon 916 min 345 nəfərə çatıb.