Maide.az

Azərbaycanda zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub.   Maide.Az xəbər verir kİ,  Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən  xəbərə görə, aprelin 19-da Siyəzəndən 13 kilometr qərbdə, Şabran rayonu ərazisində 3,4 bal gücündə zəlzələ baş verib.   Yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb.   Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.