Maide.az

Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək.   Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək".   G.Məmmədova qeyd edib ki, bu günlə müqayisədə növbəti günlərdə havanın temperaturu tədricən yüksələcək.