Maide.az

Azərbaycandan Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.   Maide.Az  APA-ya istinadən xəbər verir ki, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.   Ödənişin son tarixi 1 may 2018-ci ildir.   Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.   Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb.