Maide.az

Azərbaycanda pensiyalar artacaq

Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artacaq.   Maide.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.   Nazirin sözlərinə görə, ölkədə pensiyanın həcmi 110 manatdan 116,27 manata qədər artırılacaq.   01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaqdır.    O bildirib ki, fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək