Maide.az

Azərbaycan: Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

Soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində yanvarın 9-u axşamdan hava dəyişəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosunun rəhbəri Gürşad Məmmədova BBC Azərbaycancaya deyib.   "Qeyri-sabit havanın yanvarın 11-i səhərədək ölkə ərazisində hökm sürəcəyi gözlənilir", - nazirlik rəsmisi əlavə edib.   Onun sözlərinə görə bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir.   Ayrı-ayrı bölgələrdə, əsasən də şimal və şərq rayonlarında yağıntı intensiv xarakter alacaq.   Külək olacağı gözlənilir, bəzi yerlərdə arabir güclənəcəyi, buna görə də havanın temperaturunun əvvəlki günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi proqnozlaşdırılıb.