Maide.az

Azərbaycanda əhalinin hər nəfərinə 5 min 149.4 manat ÜDM istehsalı düşür

2017-ci ilin doqquz ayında 50 milyard 67.3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.   Əhalinin hər nəfərinə 5 min 149.4 manat ÜDM istehsalı düşür.   Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.   Məlumatda bildirilir ki, bu dövrdə neft sektorunda əlavə dəyər istehsalı 6.5 faiz azalıb. İqtisadiyyatın qeyri-neft sektorunda isə 2.5 faiz çoxalıb.   ÜDM-də ümumilikdə 1 faizə yaxın azalma olduğu bildirilir.   Ekspertlərin fikrincə, bu göstəriciyə görə, Azərbaycan qonşularından geri qalır. Bu il Gürcüstanda ÜDM-də artım baş verib.   Son illər Azərbaycanda ÜDM azalmaqda davam edir. Ötən il ÜDM 4 faizə yaxın azalıb. Bu ilin sonuna kimi ümumilikdə 1 faiz civarında azalma proqnozlaşdırılır.   Dollarla götürdükdə son illər ÜDM-də daha çox azalma baş verdiyi üzə çıxır. 2015-ci ildə ölkədə baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirib.   Gələn il isə ÜDM-də artım gözlənir. Ekspertlər bunu gələn ilin büdcəsində tikintiyə daha çox vəsaitin ayrılması ilə izah edirlər.(azadliq.org)