Maide.az

Azərbaycanda məhkum xəstəlikdən ölüb

Azərbaycanda məhkum xəstəlikdən ölüb.   APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan Fərzəli Əli oğlu Şərbətov xəstəlikdən vəfat edib.   Qeyd edək ki, F. Şərbətov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2014-cü ildə keçirdiyi xüsusi əməliyyat nəticəsində İrandan Azərbaycana 41 kiloqram narkotik keçirərkən tutulub.