Maide.az

Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobil istehsal olunub.    “Report” Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü 74,8% azdır.   Son 1 ildə yük avtomobillərinin istehsalı isə 98,9% azalaraq 4 ədədə düşüb.    Hesabat dövründə ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalının ümumi dəyəri isə  169,4 mln. manat təşkil edib. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb.   Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6%, ştanqlı quyu nasoslarının istehsalı 11,2%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6%, traktorların istehsalı 50,3% artıb. /