Maide.az

Azərbaycan çempionatının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib - SİYAHI

Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb   Peşəkar Futbol Liqası avqustun 11-də start götürəcək 26-cı Azərbaycan çempionatı ərəfəsində yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib.   Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb.   İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u 100-ü də arxada qoyub.   Nəticəsi ləğv olunan və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir.   Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla 2-ci, Rövşən Əhmədov 116 topla 3-cüdür. 50 və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib. (report) /     yer Futbolçu qol 1. Nazim Əliyev 183 2. Müşfiq Hüseynov 125 3. Rövşən Əhmədov 116 4-5. Qurban Qurbanov 115   Samir Ələkbərov 115 6. Alay Bəhramov 108 7. Nadir Nəbiyev 103 8-9. Xaqani Məmmədov 102   Vadim Vasilyev 102 10. Kənan Kərimov 101 11. Musa Qurbanov 94 12. Fazil Pərvərov 89 13. Samir Musayev 88 14-15. Fərrux İsmayılov 85   İmamyar Süleymanov 85 16. Samir Əliyev 84 17. İsmayıl Məmmədov 76 18. İlham Məmmədov 74 19. Azər İsayev 73 20. Paşa Əliyev 72 21. Badri Kvaratsxeliya 71 22. Zaur Ramazanov 70 23. Yunis Hüseynov 66 24-25. Vidadi Rzayev 65   Mahir Əliyev 65 26-28. Mahmud Qurbanov 61   Ramiz Məmmədov 61   Georgi Adamiya 61 29. Rəşad Abdullayev 58 30. Həsən Abdullayev 51 31-34. Vaqif Cavadov 50   Vüqar Qəmbərov 50   Mehman Baxışov 50   Yalçın Bağırov 50