Maide.az

Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ciddi irəliləyişə nail olub.   Robert Prosineçkinin yetirmələri ay ərzində aktivlərinə əlavə 53 xal yazdırıblar ki, bu da 11 pilləlik sıçrayışa səbəb olub. Heç bir oyunda iştirak etməyən millimiz 439 xala malikdi.   Cəmi 7 yoldaşlıq görüşünün oynanıldığı mayda millimiz ən böyük irəliləyişə nail olan 3-cü komandadı. Belə ki, Yeni Zelandiya 19, Madaqaskar isə 16 addım irəliləməyi bacarıb. Monteneqro və Ekvatorial Qvineyada isə 10 pilləlik sıçrayış müşahidə olunub. Əvəzində Mavritaniya 24 komandanı özündən irəli buraxıb.   Millimiz və “qonşular”ı 72 (71). Qvineya – 476 73 (73). Boliviya – 473 74 (78). Keniya – 463 75 (75). Birləşmiş Ərəb Əmirlikləri - 450 76 (87). Azərbaycan – 439 77 (80). Suriya – 436 77 (76). Trinidad Tobaqo – 436 79 (74). Yamayka – 435 80 (77). Farer adaları - 431   Dünyanın ən güclü 10 komandasının mövqeyində ciddi bir dəyişiklik olmayıb. Yalnız Polşa bir pillə irəliləyərək, ilk “10-luğ”a daxil olub. Bu komanda İspaniya ilə birlikdə 10-cu yeri bölüşür.   İlk “onluq” 1 (1). Braziliya – 1715 2 (2). Argentina – 1626 3 (3). Almaniya – 1511 4 (4). Çili – 1422 5 (5). Kolumbiya – 1366 6 (6). Fransa – 1332 7 (7). Belçika – 1292 8 (8). Portuqaliya – 1267 9 (9). İsveçrə - 1263 10 (11). Polşa - 1198 10 (10). İspaniya – 1198   Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də 3-nün mövqeyində dəyişiklik qeydə alınıb. Almaniya və San Marino yerlərində qalıblarsa, Şimali İrlandiya 2, Norveç 1 pillə geriləyib. Yığmamız kimi, Çexiya da irəliləməyi bacarıb.   DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 3 (3). Almaniya – 1511 28 (26). Şimali İrlandiya - 837 44 (46). Çexiya - 690 87 (86). Norveç - 391 204 (204). San-Marino – 12   Qeyd edək ki, qonşu Türkiyə yığması 3 pillə geriləyərək, 25-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 855 xal var. /