Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılır
"Air Astana" aviaşirkəti Azərbaycandan Qazaxıstana yerinə yetirilən aviareyslərin sayını həftədə 4 dəfəyədək çatdıracaq. Bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Şemet Daken deyib. "İyunun 4-dən Bakı-Astana və Bakı-Almatı marşrutları üzrə yerinə yetirilən aviareyslərin sayı həftədə 4 dəfəyə çatacaq", - deyə o bildirib. Şirkət rəsmisinin sözlərinə görə, ötən il "Air Astana" 20-25 min azərbaycanlını Qazaxıstana daşıyıb. (apa) /