Maide.az

Azərbaycan ruhaniləri Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır

Azərbaycan ruhaniləri ARM-ın üzvü, “Maide.Az” saytının baş redaktoru ruhani Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır. Maide.Az ölkə ruhanilərinin narahatlığını əks etdirən bəyanatı təqdim edir: Bismillahir-Rəhmanir-Rəhim! Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik. Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır. Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması hər kəsə bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq mövqeli bir insandır. Belə bir insanın cümə namazı qılmasına görə həbs etmək – anlaşılmaz və ağlasığmaz bir haldır. Böyük təssüf hissi ilə bəyan edirik ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün heç bir əsas verməmişdir. Qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Belə olan halda, Hacı Sərdar Hacıhəsənlinin camaatla namaz qılması kimləri narahat edə bilərdi ki? Hacı Sərdar Hacıhəsənli öz namazı ilə hansı təkfirçi–vəhhabi dairələri narahat etdi ki, nəticədə belə anlaşılmaz durum yarandı? Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etdiyi halda, Hacı Sərdar hansı qanunları pozmuşdur? Ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunan bir zamanda, Hacı Sərdar Hacıhəsənli kimi bir Əhli-Beyt (ə) ruhanisini həbs etmək, görəsən kimlərin planlarına aiddir? Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi - əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir. Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.   1. Hacı Əli Behişti 21. Hacı İlqar Rəcəbov 41. İlqar Kamil 2. Hacı İlqar İbrahimoğlu 22. Hacı Rəşad Həşimov 42. Hacı  Namiq Abışov 3. Hacı İqbal Novruzov 23.Hacı Telman Əsədullayev 43.  Hacı Fəxri İlyasov 4. Hacı Əhliman Rüstəmov 24.Hacı Cəmil Həsənov 44. Hacı Yasin Əliyev 5. Hacı İlqar Əliyev 25. Hacı Əlzaman Əliyev 45. Hacı Mahir Həziyev 6. Hacı Əfqan Muradlı 26. Seyid Ağalar Cabbarov 46. Kərbəlayi Şamil Nərimanov 7. Hacı Rizvan Atakişiyev 27. Hacı Seyran Rzayev 47. Hacı Mir Qasim Əliyev 8. Hacı Bəxtiyar Hüseynov 28. Hacı Siyasət Bağırov 48. Hacı Rza Əliyev 9. Hacı Mir Nemət Mirzəyev 29. Hacı Abbas Abbasov 49. Samid Paşayev 10. Hacı  Emil Rahiloğlu 30. Hacı Süleyman Fərzəliyev 50.  Vüsal Hüseynzadə 11. Hacı Azər Sericanov 31. Hacı Rüfət Məmmədov 51. Hacı Fizuli Şəfiyev 12. Hacı Mir Mehdi Darafərin 32. Hacı Eyvaz Baxşıyev 52. Hacı Taleh Abbasov 13.  Eyvaz Abdullah 33. Hacı Kərim Cəlilov 53. Hacı Əbuzər Cəbiyev 14. Hacı Cavid Oruczadə 34. Hacı Seyid Zahir İbişov 54. Hacı İlham Əliyev 15. Hacı Natiq Lələyev 35. Kərbəlayi Vəli Qardaşzadə 55. Hacı Vasif Nəftullayev 16. Hacı Fariz Xammədli 36. Hacı Oktay Məmmədov 56. Kərbəlayi Rza Şükürlü 17. Hacı Elçin Manafov 37. Hacı Asif Bağırov 57. Hacı Əlihüseyn Nuri 18. Famil Burxanoğlu 38. Seyid Ağasəf Xurşidov 58. Hacı Cəlal Şəfiyev 19. Fərid Abdulla 39. Hacı Vüqar İskəndərov 59. Kərbəlayi Qədir Məmmədov 20. Hacı Sahib Məmmədov 40. Mir Kazım Əyyubov