Maide.az

Azərbaycanda ÜDM 3,8 faiz azalıb

 2016-cı ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 59 mlrd. 987,7 mln. manat təşkil edib ki, bu da ondan əvvəlki ildə olduğundan 3,8% azdır. Bu barədə yanvarın 18-də Dövlət Statistika Komitəsi bildirib.   Rəsmi şərhə görə, ÜDM-in həcminin azalması tikinti sektorunda əlavə dəyər vergisinin 27,6%  azalması ilə bağlıdır. 2016-cı ildə tikinti sektorunda ÜDM istehsalı 6 mlrd. manat təşkil edib.   ÜDM strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi (39,4 mlrd. manat) 65,7%, neft-qaz sektorunun xüsusi çəkisi (20,5 млрд. манат) 34,3% təşkil edib.   ÜDM nominal ifadədə 10,2% artıb.   Adambaşına ÜDM istehsalı 6223,8 manat təşkil edib. Bu, nominal ifadədə 2015-ci ildə olduğundan 0,1% çoxdur. (contact)