Azərbaycanda klub prezidenti həbs olundu
Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor"un prezidenti Sərdar Bağırov saxlanılıb. Maide.Az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur. O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar. Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.