Maide.az

Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

Azərbaycan kubokunda yarımfinal cütləri müəyyənləşib.   2017-ci martın 30-da start götürəcək mərhələdə “İnter” “Qəbələ”, “Qarabağ” “Neftçi” ilə görüşəcək.   Buna 1/4 final mərhələsinin baş tutan cavab qarşılaşmalarından sonra aydınlıq gəlib. Belə ki, “Kəpəz”i 2 oyunun cəmində (2:0, 0:0) məğlub etməklə bu hüquqa yiyələnən “İnter” AZAL-a hər iki qarşılaşmada qalib gələn (2:1, 1:0) “Qəbələ” ilə üz-üzə gələcək.   “Sumqayıt”a “divan tutan” (6:0, 5:2) “Qarabağ” isə yarımfinalda “Zirə”ni mübarizədən kənarlaşdıran (3:0, 1:2) “Neftçi” ilə qarşılaşacaq.   İlk oyunlar paytaxt klublarının meydanında təşkil olunacaq.   Qeyd edək ki, yarımfinalın cavab matçları aprelin 5-də keçiriləcək. (apa) /