Maide.az

Azərbaycanda yeni doğulan körpələrin 53,3 faizi oğlan uşağıdır

Bu il Azərbaycanda 133,3 min körpə doğulub.   Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.   Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 körpə doğulub. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir.   Körpələrin 2306-sı əkiz, 57-si isə üçəmdir. /