Maide.az

Azərbaycanda hava limanlarında avtomatik valyuta dəyişmə terminalı quraşdırılacaq

“Bank Silk Way” ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalları quraşdıracaq.   Bankdan verilən məlumata görə, artıq I terminal bankın baş ofisində quraşdırılıb və istifadəyə verilib.   “Növbəti terminallar H.Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək”, - deyə məlumatda qeyd edilir.   Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri manat, dollar və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə biləcəklər.   Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:   - Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi;   - Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.   Terminal vasitəsilə valyuta dəyişməsi “Bank Silk Way”in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur. (apa) /