Maide.az

Azərbaycan Kubokunda 1/4 finalın iştirakçıları müəyyənləşib

İkinci oyun günündə 4 qarşılaşma keçiriləcək   Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, matçlardan yarısı paytaxtda, yarısı əyalətdə olacaq. "Şahdağ" - "Kəpəz" oyunu Qusarda keçirilməli olsa da, Bakıda baş tutacaq.   Premyer Liqanın liderləri olan "Qarabağ"la "Qəbələ I divizionun iddialıları "Səbail"lə "Zaqatala"nı qonaq edəcəklər. Bu qarşılaşmalar az maraq doğurmur. Ötən mövsümün gümüş medalçısı "Zirə" Tovuza səfər edib. Adil Şükürovun komandası I divizionun lideri "Turan Tovuz"un qonağı olacaq.   3 dekabr (şənbə) 13:00. "Turan Tovuz” – "Zirə” Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov AFFA nümayəndəsi: Eldar Qasımov Hakim-inspektor: Füzuli Nəcəfov Tovuz. Şəhər stadionu   13:00. "Şahdağ” – "Kəpəz” Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev Hakim-inspektor: Əhmədağa Cabbarov Bakı. "Bayıl Arena” stadionu   15:00. "Qəbələ” – "Zaqatala” Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Vüsal Əliyev Qəbələ. Şəhər stadionu   17:00. "Qarabağ” – "Səbail” Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov AFFA nümayəndəsi: Mübariz Hüseynov Hakim-inspektor: Şaiq Həmidov Bakı. "Azərsun Arena” stadionu (CBC Sport, canlı)   Qeyd edək ki, "İnter", "Neftçi", "Sumqayıt" və AZAL 1/4 finala vəsiqə qazanıb. /